Interview preparation
JVM nədir? JVM (Java Virtual Machine) — Java proqramlarının işlədiyi virtual mühitdir. Sadə dillə desək, JVM sənin yazdığın Java kodunu (yəni .java faylını) kompilyasiya edildikdən sonra yaranan bytecode-u ( .class faylları) oxuyur və icra edir. JVM-in əsas məqsədi "Write once, run anywhere" prinsipini təmin etməkdir. Yəni sən eyni Java kodunu yazırsan, fərqli əməliyyat sistemlərində (Windows, Linux, macOS) heç dəyişiklik etmədən işləyir, çünki hər sistem üçün ayrıca JVM var. JVM necə işləyir? JVM-in işləmə prosesi 3 əsas mərhələdən ibarətdir: Kompilyasiya mərhələsi (Java Compiler) javac sənin yazdığın .java faylını götürür və onu bytecode -a ( .class faylı) çevirir. Bu bytecode platformadan asılı deyil. Yəni Windows-da da, Linux-da da eyni fayl işləyəcək. Class Loader JVM işə düşəndə lazımi .class fayllarını və ya JAR paketlərini yaddaşa yükləyir. ClassLoader dinamik yükləmə edir, yəni hansı class-a ehtiyac varsa, o anda yüklənir. Bu, yaddaşın o...